İnsanlara hürriyət, millətlərə istiqlal!

"Azərbaycan bu aylar ərzində İrəvandan bunları tələb edir" - Arman Dilanyan

"Ermənistan Konstitusiya Məhkəməsi son qərarı ilə Müstəqillik Bəyannaməsini ləğv etmədi və ləğv edə də bilməz".

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə yerli jurnalistlərə müsahaibəsində Ermənistan Konstitusiya Məhkəməsinin sədri Arman Dilanyan məlumat verib.

O hesab edir ki, Bəyannaməni ləğv etmək səlahiyyətinə malik olan yalnız bir subyekt var – o da Ermənistan xalqıdır.

Qeyd olunur ki, bu ilin sentyabrın 26-da Konstitusiya Məhkəməsi Ermənistan və Azərbaycanın delimitasiya komissiyalarının fəaliyyətinin əsasnaməsinə dair rəyini dərc edib. Orada Müstəqillik Bəyannaməsi ilə bağlı bir bənd yer alıb. Məhkəmə Konstitusiyada Bəyannaməyə istinadın hüquqi qüvvəyə malik olmadığını bəyan edib. Məsələ burasındadır ki, Bəyannamədə “Ermənistan SSR-in və Dağlıq Qarabağ Muxtar Vilayətinin yenidən birləşməsi” qeyd olunur və buna görə də Azərbaycan bütün bu aylar ərzində İrəvandan əsas qanunun dəyişdirilməsini tələb edir. Bununla bağlı Konstitusiya Məhkəməsinin qərarı bir çox revanşist hüquqşünaslar, o cümlədən hazırkı Konstitusiyanın müəllifləri, Konstitusiya Məhkəməsinin hakimi olan Hrayr Tovmasyan və hüquqşünas Vardan Poqosyan tərəfindən tənqid edilib. Bu arada Dilanyan bu tənqidlə razılaşmır. Onun fikrincə, Konstitusiya Məhkəməsi yeni heç nə deməyib, yalnız 30 il ərzində məlum olanları qeydə alıb. Onun sözlərinə görə, İstiqlal Bəyannaməsi heç vaxt Konstitusiyanın bir hissəsi olmayıb və “Bəyannamə ilə Konstitusiyanın məzmununu eyni müstəvidə yerləşdirmək mümkün deyil”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR