Onlayn ictimai-siyasi qəzet
Azərbaycan Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında Rusiyanın təqdim etdiyi “Nasizmin qəhrəmanlaşdırılması, neonasizm və müasir dövrün irqçilik, irqi ayrı-seçkilik, ksenofobiya və onlarla bağlı dözümsüzlük formalarının artmasına səbəb olan digər praktikalarla mübarizə” adlı qətnaməni dəstəkləyərək səs verib.
Musavat.com xəbər verir ki, qətnamə layihəsinin həmmüəllifləri Belarus və Türkmənistan olub. Sənəd 119 ölkə tərəfindən dəstəklənib, 53 ölkə əleyhinə səs verib, 10 ölkə isə bitərəf qalıb. Əleyhinə səs verənlər arasında Almaniya, İtaliya, Kanada, ABŞ, Ukrayna və Yaponiya yer alıb.
74 bənddən ibarət olan sənəd nasizmin qəhrəmanlaşdırılması və təbliğatı ilə bağlı hadisələrin qətiyyətlə pislənilməsini, tarixi həqiqətlərin qorunması səylərinin alqışlanmasını, insanlığa qarşı cinayətlərin inkarının qarşısını almaq üçün tədbirlərin tövsiyə edilməsini və İkinci Dünya Müharibəsinin nəticələrinin təhrif edilməməsini nəzərdə tutur.
06 May 2025
03:06 Genetik kodlarla yazılmış talelər: Qohum evlilikləri ilə bağlı sərt tədbir görülməsi vacibdir?
05 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ