İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan bayrağına qarşı hörmətsizlik edən şəxs KİMDİR? - VİDEO

Azərbaycan Bayrağına qarşı hörmətsizlik edən şəxsin kimliyi bilinib.

Musavat.com xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis baş leytenantı Aslan Qiyaslı bildirib ki, qeyd edilən video görüntülərlə əlaqədar Bərdə Rayon Polis Şöbəsində müvafiq araşdırmalara başlanılıb.

Hadisəni törədən şəxsin kimliyi polis əməkdaşları tərəfindən müəyyən edilib.

Araşdırmaların nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

***

Azərbaycanda dövlət atributu olan bayrağa qarşı hörmətsizlik edilib.

Musavat.com xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkədə yayılıb.

Görüntülərdən məlum olur ki, naməlum şəxs mağazaya daxil olaraq mübahisə edib və ardınca Azərbaycan bayrağını qopararaq masanın üzərinə atıb.

Görüntüləri olduğu kimi təqdim edirik:

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR