İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan Avropa Şurası və Avropa İnsan Hüquqları Məhkəməsində iştirak məsələsinə yenidən baxa bilər

Beynəlxalq riyakarlıq Cənubi Qafqazda sülh prosesinə problem yaradır

Son illər Azərbaycanın dünya birliyindəki nüfuzu xeyli artıb. Xüsusilə, Vətən müharibəsindən və ötən ilin sentyabrında bir günlük antiterror tədbirlərindən sonra ölkəmizə qarşı əsassız təzyiqlərin sayı daha da artıb. Azərbaycanın inkişafını və tarixi Qələbəsini, habelə ərazi bütövlüyün və suverenliyini bərpa etməsini həzm edə bilməyən Qərbin və Avropanın bir sıra  ermənipərəst dairələri, həmçinin qərəzli, ələbaxım beynəlxalq təşkilatları ölkəmizə qarşı saxta, qeyri- obyektiv qətbnamələr qəbul edir, bununla da ölkəmizin beynəlxalq aləmdə getdikcə artan nüfuzuna xələl gətirmək istəyirlər. Təbii ki, bütün bunlar Azərbaycanı öz mövqeyindən döndərə bilməz. Bəzi beynəlxalq təşkilatların siyası riyakarlığı onların  iç üzünü açır və  ikili standart mərəzindən xilas ola biməmələrini bir daha təsdiqləyir. 

Prezident İlham Əliyev  fevralın 1- də Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqu qəbul edən zaman da bu məsələlərdən söhbət açdı.

Bu fikirləri Demokrat.az-a Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib.

Hüqu müdafiəçisi Azərbaycanın bu təşkilatla əməkdaşlığa mühüm əhəmiyyət verdiyini qeyd edərək deyib ki,  qısa müddət ərzində Azərbaycan parlamentinin beş üzvünün təşkilatın bir sıra komitələrinin bürolarına və forumlarının idarə heyətinə üzv seçilməsi də bunu sübut edir. 

O, Parlamentlərarası İttifaqın bütün ölkələrin rəylərinin əks olunduğu əsl dialoq platforması olduğunu qeyd edib. Belə bir nüfuzlu qurumun Baş katibinin ölkəmizə səfəri, görüşlər keçirməsi Azərbaycanın dünya birliyində artan nüfuzunun göztəricisidir. 

Dövlətimizin başçısı Martin Çunqonqu qəbul edən zaman Minsk qrupunun fəaliyyətsizliyindən, Ermənistanın müxtəlif bəhanələrlə sülh müqaviləsindən yayınmasından, Fransanın regiomda vəziyyəti gərginləşdirməsindən, beynəlxalq riyakarlığın Cənubi Qafqazda sülh proseinə problem yaratmasından söhbət açıb. 

Qeyd edilib ki, Minsk qrupu 28 il ərzində münaqişənin həlli prosesi ilə məşğul olsa da, heç bir nəticə əldə edilmədi. Azərbaycan torpaqları işğaldan azad olunmadı və məcburi köçkünlərin geri qayıtması təmin edilmədi. Minsk qrupu tərəfindən Ermənistana təzyiq göstərilmədi və müvafiq sanksiyalar tətbiq olunmadı. 2020-ci ildə 44 günlük Vətən müharibəsi başa çatandan sonra Azərbaycan regionda sülh gündəliyinin təşəbbüskarı olaraq Ermənistanla sülh müqaviləsinin imzalanması təklifi ilə çıxış edib. Amma Ermənistan tərəfindən buna adekvat reaksiya verilmədi. Ona görə də Azərbaycan sülh müqaviləsinin əsaslarını təşkil edən beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq 5 prinsip irəli sürüb ki, bunun əsasında da sülh müqaviləsi üzrə danışıqlar prosesinin təşəbbüskarı Azərbaycan olub.
Ç.Qənizadə görüşdə  2020-ci ildə 44 günlük Vətən müharibəsi başa çatandan sonra üçtərəfli Bəyanat çərçivəsində Ermənistanın üzərinə düşən bir sıra öhdəliklərin yerinə yetirmədiyi barədə də məlumat səsləndirildiyini bildirib. 

Son 3 il ərzində rəsmi İrəvan Azərbaycanın Qarabağ bölgəsində separatizmi maliyyə, hərbi və digər vasitələrlə dəstəkləməyə davam edirdi. Ötən il sentyabrın 2-də Ermənistan rəhbərliyinin qondarma “Dağlıq Qarabağ respublikası”nın “müstəqilliyi” münasibətilə göndərdiyi təbrik, həmçinin sentyabrın 9-da keçirilmiş  “prezident seçkiləri” sülh prosesinə ciddi zərbə vurmuşdur. Bütün bunlardan sonra  antiterror tədbirləri qaçılmaz idi. Görüşdə diqqət çəkən məqamlardan biri də Azərbaycan ilə Ermənistan sərhədində bir neçə aydır sülh şəraitin hökm sürməsi barədə səsləndirilən fikirlər olub.  

Təəsssüf ki,  Ermənistan müxtəlif bəhanələrlə  sülh müqaviləsi imzalaqdan yayınır. Bunun da əsas səbəbi beynəlxalq riyakarlıqdır.  Qeyd edilib ki, Ermənistan Konstitusiyasında və digər normativ-hüquqi sənədlərində dəyişikliklər edildiyi halda sülhə nail oluna bilər. 

Hüquq müdafiəçisi görüşdə gələcəkdə təhdid yarada biləcək amillərdən də söhbət açıldığını bildirib. 

Deyib ki, dövlətimizin başçısı regionda gərginliyi yaradan səbəblərdən birinin də Fransa olduğunu diqqətə çatdırıb. Bu ölkə  regionda dağıdıcı siyasət həyata keçirərək od üstünə benzin tökmək prinsipindən çıxış edir. Fransa Cənubi Qafqaz regionunda aparıcı mövqeyə nail olmaq və nüfuzunu gücləndirmək siyasəti yürütdür.  

Qeyd olunub ki, Ermənistanın silahlandırılması məhz sözügedən siyasətin təzahürüdür. Beynəlxalq riyakarlıq da sülh prosesinə problem yaradır:  

“Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin Avropa Şurası Parlament Assambleyasında ratifikasiya edilməməsi beynəlxalq riyakarlığın təzahürdür. Azərbaycan nümayəndə heyətinin hüquqları bərpa olunmalıdır. Bu hüquqlar bərpa olunmayacağı təqdirdə, Azərbaycan tərəfindən də Avropa Şurası və Avropa İnsan Hüquqları Məhkəməsində iştirak məsələsinə yenidən baxılacaq”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Noyabr 2024

27 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR