İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan 2024-2026-cı illər üçün ATACH-ın həmtəsisçisi seçildi

COP29 çərçivəsində iqlim dəyişikliyinin sağlamlığa təsirinə dair panel müzakirələr keçirilib.

Musavat.com xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev Tərəflər Konfransının iqlim həmrəyliyinin yaranmasına öz töhfəsini verəcəyini vurğulayıb.

M.Babayev, həmçinin COP29-un bütün iştirakçı ölkələrini iqlim dəyişikliyin mənfi hallarının aradan qaldırılmasına yönəlmiş səylərini daha da gücləndirməyə çağırıb.

A group of officials seated at a conference table, discussing with flags and nameplates visible.
A group of people seated at a conference table with flags, engaged in discussions at COP29 in Baku, Azerbaijan.

Öz növbəsində Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru doktor Tedros Adhanom Qebreyesus BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının qlobal ictimaiyyət üçün bir araya gələrək, praktiki həlləri müəyyən etmək üçün mühüm fürsət olduğunu vurğulayıb.

A group of professionals at a conference table, discussing with flags of Azerbaijan and another country visible.
A group of professionals seated at a conference table, engaged in discussion, with flags and nameplates visible.

Panel sessiyada çıxış edən Azərbaycanın səhiyyə naziri Teymur Musayev vurğulayıb ki, iqlim dəyişikliyinin vətəndaşların sağlamlığına və ölkələrin iqtisadiyyatına təsiri çoxşaxəlidir və getdikcə daha çox narahatlıq doğurur.

Nazirin sözlərinə görə, son onilliklər ərzində daşqın və quraqlıqlar kimi ekstremal hava hadisələrinin tezliyi artıb: “İstilik ilə bağlı ölümlərin təxminən üçdə biri artıq iqlim dəyişikliyi ilə bağlıdır. Eyni zamanda, iqlim dəyişikliyi nəticəsində baş verən ekstremal hava fəlakətlərinin sayı son 50 ildə beş dəfə artıb”.

Ekstremal hava hadisələrin yoluxucu xəstəliklərin yayılması üçün ideal şəraitin yaratdığını qeyd edən nazir deyib: “İqlim dəyişikliyi risk və mümkün təsirlərini minimuma endirən milli siyasətin qəbulu sağlamlığa təsirləri və onların iqtisadi nəticələrini məhdudlaşdırmağa kömək edə bilər”.

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurla bağlı müəyyən etdiyi iqtisadi inkişaf kursunda bu ərazilərin yaşıl enerji zonasına çevrilməsi əsas istiqamətlərdən biri hesab olunur. Məqsəd həmin ərazilərdə yüksək potensiala malik bərpaolunan enerjidən istifadə etməklə o yerləri ekoloji cəhətdən təmiz yaşıl enerji ilə təmin etmək və yaşıl texnologiyaların tətbiqi perspektivlərini araşdıraraq təkliflər formalaşdırmaqdır", - deyə Azərbaycanın səhiyyə naziri fikrini tamamlayıb.

A meeting scene with several participants. Two men are speaking, with flags and water bottles on the table.
A group of officials seated at a conference table during COP29 in Baku, Azerbaijan, with flags and nameplates visible.

Daha sonra İqlim və Sağlamlığın qorunması naminə Transformasiya Alyansının (ATACH) yeni həmtəsisçisi seçilib.

Yekdil qərarla Azərbaycan 2024-2026-cı illər üçün ATACH-ın həmtəsisçisi elan olunub.

Tədbirdə çıxış edən Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru doktor Tedros Adhanom Qebreyesus və Azərbaycanın səhiyyə naziri Teymur Musayev qeyd ediblər ki, Azərbaycan Respublikası COP29-un sədri kimi ATACH-ə qoşulur və 2024-2026-cı illərdə Alyansın həmtəşkilatçısı kimi çıxış edəcək.

A group of officials seated at a conference table during COP29 in Baku, Azerbaijan, with flags and nameplates visible.
A group of officials at a conference table, with flags and documents, engaged in discussions and signing agreements.

COP26 səhiyyə gündəliyi, COP27, COP28, COP29 və 77-ci Ümumdünya Səhiyyə Assambleyası tərəfindən qlobal iqlim və sağlamlıq təşəbbüslərinə əsaslanaraq, ATACH iqlim dəyişikliyi və sağlamlıqla bağlı tədbirləri gücləndirmək üçün mühüm qlobal əməkdaşlıq mexanizmi təqdim edir. Eyni zamanda, Alyans iqlim dəyişikliklərinə davamlı və aşağıkarbonlu səhiyyə sistemlərinin qurulması yönəlib.

ATACH-ə qoşulmaqla Azərbaycan Respublikası dəyişən iqlim şəraitində ictimai sağlamlığın qorunması və təşviqi üçün mühüm əhəmiyyət kəsb edəcək iqlim dəyişikliklərinə davamlı səhiyyə sistemi istiqamətində addımların atılması öhdəliyini öz üzərinə götürüb.

Həmtəşkilatçılar kimi Ümumdünya Səhiyyə Təşkilatı və Azərbaycan Respublikası ATACH vasitəsilə iqlim və sağlamlıqla bağlı fəaliyyət üçün qlobal təkan yaratmaq məqsədilə keçmiş və gələcək COP prezidentləri, eləcə də bütün ATACH üzvləri ilə birgə işləməyə sadiqdirlər.

A conference room with participants seated at tables, facing screens displaying speakers. Laptops and notes are visible.
A young boy speaks at a conference table, flanked by two men in formal attire, with a blue backdrop.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR