Onlayn ictimai-siyasi qəzet
"Dünən axşamdan etibarən həkimlərin səylərinə baxmayaraq, xəstənin ümumi vəziyyətində geridönməz proseslər baş verib".
Bunu Musavat.com-a Azərbaycan Tibb Universitetinin (ATU) mətbuat katibi Günel Aslanova bildirib.
"Poli orqan çatmamazlığı səbəbindən, orqanizm yaşama qabiliyyətini itirib. Bu səbəbdən Azər Baxşaliyevin valideyn və ailə üzvlərinin istəyi ilə xəstə bu gün evə aparılır", - deyə Günel Aslanova qeyd edib.
21 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ