Onlayn ictimai-siyasi qəzet
"Bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyev Daşkənddə Özbəkistan Prezidenti cənab Şavkat Mirziyoyevlə müttəfiqlik münasibətlərinə dair müqavilə imzaladı.
İki qardaş ölkə rəsmən müttəfiq oldu".
Musavat.com xəbər verir ki, bunu deputat Azay Quliyev bildirib.
O, "imzalanan müqavilə Azərbaycanla Özbəkistan arasında olan bütün münasibətləri mütəffiqlik səviyyəsinə qaldırmaqla yanaşı Türk dünyasının inteqrasiyası və əməkdaşlığı üçün də yeni imkanlar açacaq" - deyə qeyd edib: "Azərbaycanla qardaş Türkiyə arasında 2021-ci ilin iyunun 15-də imzalanan müttəfiqlik haqqında “Şuşa Bəyannaməsi”ndən sonra bildirmişdim ki, müttəfiqlik haqqında növbəti müqaviləni imzalayacağımız ölkə Özbəkistan olacaqdır. Çünki hər iki ölkənin Liderlərinin apardıqları müdrik siyasət, bir-birilərinə olan inam, dostluq və qardaşlıq əlaqələri bu fikri söyləməyə əsas verirdi.
Bu gün imzalanan mütəffiqlik sənədi ölkələrimizi bir birinə daha da yaxınlaşdırmaqla hər iki ölkənin dünyadakı rolunu və gücünü daha da artıracaqdır. Prezident İlham Əliyevin vurğuladığı kimi iki qardaş xalq, iki müstəqil, güclü, suveren, nüfuzlu dövlətin imzaladığı müttəfiqlik haqqında sənəd bir çox hallarda regional siyasəti müəyyən edəcəkdir.
İnanıram ki, “Bizim ailəmiz Türk dünyasıdır” deyən, bu ilin iyulun 6-da Şuşada Türk Dövlətləri tərəfindən “Qarabağ Bəyannaməsi”nin imzalanmasına nail olan cənab İlham Əliyevin öndərliyində Türk dünyasının inteqrasiya prosesi bundan sonra da uğurla davam edəcək, Özbəkistanla imzalanan belə bir tarixi sənəd digər Türk dövlətləri ilə də imzalanacaqdır.
Görünür, tarix Türk dünyasının dünyada güc mərkəzinə çevrilməsi missiyasını Azərbaycana və onun Liderinə həvalə edib.
İllər əvvəl bizim üçün xəyal olan Azərbaycan-Özbəkistan müttəfiqliyini gerçləkləşdirən Prezident İlham Əliyevə və Prezident Şavkat Mirziyoyevə təşəkkür edir və bu münasibətlə Azərbaycan və özbək xalqını təbrik edirəm".
Musavat.com
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ