İnsanlara hürriyət, millətlərə istiqlal!

Azay Quliyev Monteneqronun spikeri ilə görüşdə nə danışıb? - FOTO

"Bu gün ATƏT PA-nın İpək Yolu Qrupunun sədri qismində Monteneqro parlamentinin sədri cənab Andriya Mandiç ilə Budvada səmərəli görüş keçirməkdən məmnun oldum".

Musavat.com xəbər verir ki, bunu millət vəkili, ATƏT PA-nın komitə sədri Azay Quliyev bildirib.

O qeyd edib ki, “Qitələri birləşdirərək: Dayanıqlı turizm, təmiz enerji və ekoloji tarazlıq naminə davamlı gələcəyin təşviqi” mövzusunda İpək Yolu Qrupunun 5-ci Beynəlxalq Parlament Konfransının yüksək səviyyədə təşkilinə görə Monteneqro Parlamentinə təşəkkürünü bildirib:

"ATƏT PA-nın Baş Katibi Roberto Montellanın da iştirak etdiyi görüşdə İpək Yolu Qrupu ilə Monteneqro Parlamenti arasında əməkdaşlığın daha da dərinləşdirilməsi imkanları barədə faydalı fikir mübadiləsi apardıq".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 May 2025

BÜTÜN XƏBƏRLƏR