İnsanlara hürriyət, millətlərə istiqlal!

Azay Quliyev: "Marginal qruplar provokativ aksiyalarla dövlətimizə zərər vururlar"

"Hazırda çox həssas bir diplomatik və siyasi mərhələni keçməkdəyik. Ermənistanın və onun havadarlarının çeşidli hiylə və təxribatlarına baxmayaraq, Azərbaycan addım-addım və qətiyyətlə öz strateji hədəflərinə çatmaqda və qarşısına qoyduğu planları həyata keçirməkdədir. Yaxın həftələrdə Azərbaycanın müəyyən etdiyi şərtlər və prinsiplər əsasında Ermənistanla sülh müqaviləsi mətninin rəsmi şəkildə müzakirəyə çıxarılması gözlənilir və əslində, Paşinyan rejiminin ölkəmizin yaratdığı mövcud reallıqları qəbul etməkdən başqa çarəsi yoxdur".

Bunu millət vəkili Azay Quliyev bildirib. O, daha sonra qeyd edib: "Lakin proses rəvan getmir. Azərbaycan bir tərəfdən Fransa, İran və Rusiya kimi dövlətlərin diplomatiya və informasiya cəbhəsində bizə qarşı etdiyi həmlələri dəf edir, digər tərəfdən isə keçmiş münaqişə dövründə Ermənistanın işğal siyasətinin nəticələrini legitimləşdirməklə məşğul olan ATƏT-in (Minsk qrupunun) yenidən baş qaldırmış ikili yanaşmalarını və əsassız qərarlarını neytrallaşdırmağa çalışır.

Belə bir həssas dönəmdə, hər kəsdən, xüsusilə, siyasi müxalifətdən və ictimai fəallardan çox böyük məsuliyyət və vətənpərvərlik tələb olunur. Lakin biz son günlər bəzi marginal qrupların yenə də məqsədyönlü şəkildə faəllaşdığını və prosesə mənfi yöndən təsir etməyə çalışdıqlarını görürük. Onlar bilməlidirlər ki, təşkil etdikləri provakativ aksiyalarla yalnız dövlətimizə zərər vururlar, düşmən tərəfə ölkəmiz əleyhinə beynəlxalq platformalarda istifadə etmək üçün yeni “tezislər” və bəhanələr verirlər və Ermənistan mətbuatının “baş qəhrəmanları”na çevrilirlər.

Düşünürsən ki, görəsən, bunlar doğurdan bunu dərk etmirlər, yoxsa, elə məqsəd budur?"

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR