İnsanlara hürriyət, millətlərə istiqlal!

Azay Quliyev İstanbulda mühüm konfransa qatılacaq, Bəyannamə qəbul olunacaq  


Milli Məclisin deputatları - ATƏT Parlament Assambleyasında nümayəndə heyətimizin rəhbəri, təşkilatın İqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit üzrə ümumi komitəsinin sədri, ATƏT PA-nın İpək Yolu Qrupunun sədri Azay Quliyev və nümayəndə heyətinin üzvü Tural Gəncəliyev Türkiyə Böyük Millət Məclisinin təşkilatçılığı ilə qurumun İpək Yolu Qrupunun “Böhran dövründə enerji və ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün əlaqələndirmənin gücləndirilməsi” mövzusunda keçiriləcək beynəlxalq konfransında iştirak etmək üçün oktyabrın 17-də Türkiyənin İstanbul şəhərinə səfər edəcəklər.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Musavat.com-a verilən xəbərdə qeyd edilir ki, konfransda “Böhran dövründə təminat zəncirlərinin davamlılığı və qida təhlükəsizliyi”, “Davamlı ətraf mühit və inkişaf üçün enerji təhlükəsizliyi” mövzularında müzakirələr aparılacaq. Tədbirin yekununda İstanbul Bəyannaməsi qəbul ediləcək.

Konfrans çərçivəsində biznes-forum keçiriləcək.

Deputatlarımız konfransda müzakirəyə çıxarılacaq məsələlərə münasibət bildirəcəklər.

Səfər oktyabrın 19-da başa çatacaq.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR