İnsanlara hürriyət, millətlərə istiqlal!

Azay Quliyev ATƏT PA-nın sessiyasında Zəngəzur koridorundan danışdı: “Bütün region faydalanacaq”

ATƏT PA-nın Varşavada keçirilən Payız Sessiyasında çıxış edən Azərbaycan nümayəndə heyətinin rəhbəri Azay Quliyev Ukrayna böhranın ATƏT regionda iqtisadi, enerji, ətraf mühüt, qida təhlükəsizliyi, inflyasiya və beynəlxalq nəqliyyat kommunikasiyalarına yaratrdığı fəsadlardan danışdı: “Azərbaycan indiki çətin vəziyyətdə Avropanın enerji ilə təminatı üçün çox ciddi rol oynayır. Bu yaxınlarda Avropa İttifaqı ilə Azərbaycan  arasında imzalanan anlaşma memorandumuna əsasən ölkəmiz Avropaya təbii qaz tədarükünü iki dəfə artıracaq. Bu həcmin 20 milyard kubmetrə yüksələcəyi gözlənilir.
 
Bundan başqa, Azərbaycan beynəlxalq nəqliyyat dəhlizlərinin şaxələndirilməsi və inkişafında da açar rola malikdir. Azərbaycan Orta Dəhlizin potensialının artılrılması üçün vacib addımlar atır.
 
Bu addımlar sırasında Ermənistandan keçən Zəngəzur koridorununn yaradılması təşəbbüsünü xüsusilə qeyd etmək lazımdır. Ermənistan Zəngəzur koridorunun açılmasına mane olmamalı, əksinə ona dəstək verməlidir. Çünki, bu, Asiya ilə avropanı daha qısa yolla birləşdirəcək unikal layihədir. Zəngəzur koridorunun açılmasında regionun bütün ölkələri  faydalanacaq”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR