İnsanlara hürriyət, millətlərə istiqlal!

Azay Quliyev ATƏT-ə etiraz etdi

Deputat Azay Quliyev Milli Məclisdəki çıxşında dedi ki, həftənin ən böyük hadisəsi Zəngilanda baş verdi. Zəngilanın işğaldan azad olunduğu gün hava limanının açılmasının tarixi əhəmiyyəti var. Azərbaycan və Türkiyə birliyi regionda sülhün və təhlükəsizliyin qarantıdır.

A.Quliyev ATƏT-in qeyri-qanuni olaraq regiona missiya göndərilməsinə etirazını bildirdi. Deputat qeyd etdi ki, ATƏT-in göndərdiyi bu missiya bir neçə dövlətin şəxsi maraqlarından başqa bir şey deyil və Azərbaycan XİN-in mövqeyi tamamilə düzgündür. Deputatın sözlərinə görə, Minsk Qrupundan sonra ATƏT-in belə bir partizanlığa əl atması qəbulolunmazdır. Deputatın sözlərinə görə, Azərbaycanla yanaşı, digər ölkələr də belə bir missiyanın heç bir əhəmiyyətinin olmadığını qeyd edəcəyini güman edir.

A.Quliyev Beynəlxalq Ədalət Məhkəməsinin 3 hakiminin Ermənistanın saxta iddialarını dəstəklədiyi halda, 13 hakimin bu iddiaları rədd etməsindən danışdı, bildirdi ki, biz həmin hakimlərə təşəkkür etməliyik.

E.Paşasoy,

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR