İnsanlara hürriyət, millətlərə istiqlal!

Azarkeşlər Fransa prezidentinə qarşı etiraz aksiyası keçirəcəklər

Fransalı futbol azarkeşləri “Nant” və “Tuluza” arasında baş tutacaq ölkə kubokunun final oyununda prezident Emmanuel Makrona qarşı etiraz aksiyası keçirəcəklər.

“Report”un “RMC Sport”a istinadən məlumatına görə, Parisdəki “Stad de Frans”da oynanılacaq görüşdən əvvəl ictimai nəqliyyatın çıxışlarında arenaya yollanacaq tamaşaçılara qırmızı vərəqə, fit və atributların paylanılması planlaşdırılıb.

Aksiya təqaüdlə bağlı islahatlara münasibət göstərmək üçün nəzərdə tutulub.

Həmçinin, stadionda elektrik enerjisinin kəsilməsi ilə bağlı aksiya da istisna edilmir. Makronun son ictimai çıxışları zamanı belə bir hal yaşanıb. Bunun qarşısının alınması üçün “Stad de Frans”da 4 əlavə generator quraşdırılacaq.

Matçın 49-cu dəqiqəsinin 3-cü saniyəsində daha bir aksiya planlaşdırılıb. Çünki Fransa Konstitusiyasının 49.3-cü maddəsi əhali arasında narazılıq yaradır. Martda keçirilən Fransa – Niderland (4:0) oyunu zamanı azarkeşlər buna bir dəfə əl atıblar.

Fransa prezidenti ənənəvi olaraq hər il ölkə kubokunun final oyununda iştirak edir. Lakin Makronun bu dəfə stadiona gedib-getməyəcəyi barədə hələlik məlumat verilməyib.

Qeyd edək ki, aprelin 29-da keçiriləcək “Nant” – “Tuluza” görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR