İnsanlara hürriyət, millətlərə istiqlal!

AZAL təyyarəsində həlak olanların xatirəsi əbədiləşdirildi - Foto

Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyətinə (AZAL) məxsus Bakı–Qroznı reysini yerinə yetirərkən qəzaya uğrayan “Embraer 190” tipli sərnişin təyyarəsinin həlak olan ekipaj heyətinin və sərnişinlərin xatirəsi əbədiləşdirilib.

Musavat.com Azərtac-a istinadla xəbər verir ki, Azərbaycan alpinistləri təyyarə qəzasında həlak olan qəhrəmanların adları yazılan anım lövhəsini “Xınalıq və Köç yolu” Dövlət Tarix-Mədəniyyət və Etnoqrafiya Qoruğunun ərazisində quraşdırıblar.

Anım lövhəsində ekipaj üzvləri - İqor Kşnyakin, Aleksandr Kalyaninov və Hökumə Əliyevanın adları, həmçinin “Həlak olmuş ekipaj heyəti və sərnişinlərin xatirəsinə” sözləri qeyd olunub.

AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi ötən il dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR