İnsanlara hürriyət, millətlərə istiqlal!

Azad edilən ərazilərlə bağlı mühüm qanunlar: güzəştlər gəlir

Milli Məclisdə Vergi Məcəlləsinə dəyişiklik layihəsi müzakirəyə çıxarılaraq qəbul olundu. Layihəyə əsasən, azad edilən ərazilərdə istehsal üçün lazım olan xammal və materialın idxalı 10 il ƏDV-dən azad ediləcək. Dəyişikliyə görə, ƏDV-nin məqsədləri üçün qeydiyyatda olan işğaldan azad edilmiş ərazilərinin rezidentləri tərəfindən siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanı tərəfindən təsdiq edilmiş istehsal fəaliyyəti sahələri üzrə xammal və materialların idxalı 2023-cü il yanvarın 1-dən etibarən 10 müddətində ƏDV-dən azad olunur.

Müzakirələrdən sonra dəyişiklik layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edildi.

Qeyd edək ki, Vergi Məcəlləsinə edilən digər dəyişikliyə əsasən, dövlətə məxsus əmlaklar özəlləşdirilən zaman bəzi vergilərdən azad olunacaq. Dəyişikliyə görə, dövlət əmlakının özəlləşdirilməsi üzrə dövlət proqramlarına uyğun olaraq 2023-cü il yanvarın 1-dən sonra özəlləşdirilməsi barədə qərar qəbul edilən dövlətə məxsus əmlaklar özəlləşdirmə prosesi müddətində, lakin 3 ildən çox olmayaraq, əmlak və torpaq vergisindən azad olunacaq.

Müzakirələrdən sonra dəyişiklik layihəsi səsverməyə çıxarılaraq son oxunuşda qəbul edildi.

E.Paşasoy,

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR