İnsanlara hürriyət, millətlərə istiqlal!

Aytmatovun Coş kəndindən olan coşğun təbli tələbəsi – Sultan Rayevə həsr olunmuş tədbir keçirildi

Bu gün Özbəkiastanın paytaxtı Daşkənd şəhərində məşhur qırğız yazıçısı Sultan Rayevin seçilmiş əsərlərinin tədimat mərasimi keçirilib.

Musavat.com-un təbridə iştirak edən müxbirinin verdiyi xəbərə görə, çıxış edənlər bu tədbirin Özbəkistan prezidenti Şavkat Mirziyoyevin təşəbbüsü ilə keçirildiyi qeyd olunub. Bildirilib ki, son illərdə prezident Türk Dövlətləri Birliyinin üzvü olan ölkələrin – Azərbaycanın, Qazaxıstanın, Qırğızıtanın, Türkiyənin, Türkmənistanın, Macarıstanın, eləcə də Özvəkistanın məşhur ədəbi simalarının yubileylərinin keçirilməsi, əsərlərinin tərcümə edilməsi barədə göstəriş verib və belə tədbirlər davamlı olacaq.

Sultan_Raev.jpg (25 KB)

Qırğızııstanın xalq yazıçısı Sultan Rayev məşhur qırğız yazıçısı Çingiz Aytmatovun tələbəsi və ardıcılı sayılır, onun xeyir-duası ilə ədəbi mühitdə parlayıb.

Hazırda Türksoyun baş katibi olan Sultan Rayev iki dəfə - 2005-2010 və 2013-2014-cü illərdə Qırğızıstan Respublikasının mədəniyyət naziri vəzifəsində çalışıb, təkcə öz ölkəsində yox, bütövlükdə türk dünyasında nüfuzlu ictimai xadimdir.

Sultan Raev 1958-ci il iyulun 13-də Qırğızıstan Respublikasının Oş vilayətinin Coş kəndində anadan olub. Qırğızıstan Milli Universitetini jurnalistika ixtisası üzrə bitirib. 1984-1989-cu illər — “Qırğızıstan mədəniyyəti” qəzetinin müxbiri, 1989-1991 — “Əsəba” qəzetinin baş redaktor müavini, 1991-2002 — “Qırğız ruhu” qəzetinin baş redaktoru olub.

1994-cü ildə i, Kanzas Universitetinin (ABŞ) jurnalistika və ictimai Kommunikasiyalar fakültəsində təcrübə keçib. 2002-2004 — Qırğızıstan Respublikasının təhsil və mədəniyyət nazirinin müavini vəzifəsində çalışıb. S.Rayev 2002-2004-cü illərdə “Azadlıq” radiosunun siyasi şərhçisi olub.

2009-2010 — Qırğızıstan Respublikası Hökuməti yanında Mədəni İnkişaf üzrə Dövlət Agentliyinin rəhbəri.

20 may 2015-ci ildən bu günə qədər Qırğızıstan Respublikası baş nazirinin müşaviridir. 31 mart 2022-ci ildə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) baş katibi seçilib.

af91fe88-d701-409e-9d41-f7732da9d588.jpg (197 KB)

Təqdimat mərasimində çıxış edənlər Sultan Rayevin əsərlərindən, tamaşaya qoyulmuş dram əsərlərindən söz açaraq, onun bəşəri ideyaları tərənnüm etməsini, humanizm prinsiplərinə önəm verməsini qeyd ediblər.

 Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR