İnsanlara hürriyət, millətlərə istiqlal!

Aysunun keçmiş əri COŞDU: “Ağzınıza gələni danışmayın”

Müğənni Alican Həmid Aysun İsmayılovanın keçmiş həyat yoldaşı Eşqin Cəlilovun qəzəbinə tuş gəlib.

Musavat.com bakıvaxtı.az-a istinadən xəbər verir ki, Alicanın "Xəbərin var?" verilişində Aysunla küsülülüyünə səbəb kimi Eşqinin onun klipində rol almasını göstərməsi Cəlilovu özündən çıxarıb.

Məsələnin dərinliklərinə varan Eşqin müğənnilərin əsl küsülülük səbəbinin Alican olduğunu deyib:

"Aysun səndən gecikməyinə görə küsüb. Son dəfə də səhər tezdən "Xəzər" televiziyasında verilişə gecikdin. Sənin əvəzinə verilişə də mən çıxdım. Məlumatı verəndə düz ver".

Eşqin Alican və digər müğənnilərə xəbərdarlıq edib:

"Alican, mən sənin klipində çəkilməmişəm. Mahnı da mənimdir, klipi də mən çəkdirmişəm, oranjmanı da mən etdirmişəm. Bu, müğənnilərin xüsusiyyətidir. Çıxıb hər dəfə alırsınız əlinizə mikrofonu, ağzınıza gələni danışırsınız".

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR