Onlayn ictimai-siyasi qəzet
Ermənistanda “Zanq” adlı təşəbbüs qrupunun üzvləri bu gün baş nazir Nikol Paşinyanın istefası tələbi ilə etiraz aksiyası keçirib.
“Alen Simonyanın ağzı ilə azərbaycanlıların qayıdışının istisna edilmədiyi tezisi irəli sürülür. Bu arada, cəmi iki ay əvvəl 100 mindən erməni Qarabağdan gəlib”, - deyə “Zanq” təşəbbüsünün üzvü Tatevik Ayrapetyan jurnalistlərə müsahibəsində bildirib.
Musavat.com xəbər verir ki, onun sözlərinə görə, bu, indiki hakimiyyətin məşhur texnikasıdır. Öncə insanların əhval-ruhiyyəsini yoxlayırlar, əgər insanlar buna lazımi reaksiya verməsələr, bu tezisi təbliğ etməyə davam edəcəklər.
“Şübhə yoxdur ki, onların müəyyən razılaşmaları var və hətta Azərbaycan prezidentinin bu təklifi ilə razılaşıblar. Azərbaycanlıların Ermənistana gəlişi qeyri-sabitlik yaradacaq və ölkəmiz təhlükə ilə üz-üzə qalacaq”, - deyə Ayrapetyan bildirib.
Musavat.com
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ