İnsanlara hürriyət, millətlərə istiqlal!

AYNA-dan avtobusların istilik problemi ilə bağlı AÇIQLAMA

"Azərbaycanda mobilliyin transformasiyası proqramı çərçivəsində yeni marşrut şəbəkəsinin tətbiqinə başlanılacaq. Yeni avtobus şəbəkəsi xidmət səviyyəsinin yüksəlməsini təmin edəcək".

Bu barədə Musavat.com-un  sorğusuna cavab olaraq  Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib. Qeyd edilir ki, hədəfdə Bakı avtobus şəbəkəsi üzrə 250-dən çox avtobusun istismara verilməsi və marşrutlar arasında avtobusların paylanmasının optimallaşdırılması var. Marşrut şəbəkəsinin optimallaşdırılması ilə əlçatanlığın 90%-dən çox artırılması gözlənilir". 

AYNA-dan o da bildirilib ki, respublika üzrə avtobus parkının təhlili aparılır. Şəhərlərarası və rayonlararası müntəzəm avtobus marşrutları mərhələli qaydaları müsabiqəyə təqdim olunur:

"Müsabiqələrdə balanslarında müasir və saz vəziyyətdə avtobusları olan daşıyıcılar iştirak edir və qalib gələrək xətlərin istismarını həyata keçirirlər.

AYNA tərəfindən yay və qış aylarında avtobuslarda temperatur rejiminə riayət olunması ilə bağlı daşıyıcılara müvafiq tapşırıqlar verilib. Məsələ tərəfimizdən mütəmadi olaraq nəzarətdə saxlanılır".

Qeyd edək ki, əhali yayda isti, qışda buz kimi olan avtobuslar haqda şikayətlər edir. Ancaq nə qədər tənqid səslənsə də, vəziyyət yaxşıya dəyişmir. Hətta bir çox hallarda standarta uyğun müasir avtobuslarda da qışda istilik, yayda sərinlik olmur. 12, 113, 191, 106 saylı avtobuslardan istifadə edən sərnişinlər bizimlə söhbətdə bildiriblər ki, adıçəkilən avtobuslarda istilik yox dərəcəsindədir, oturacaqlar da pis vəziyyətdədir.

Afaq Mirayiq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR