İnsanlara hürriyət, millətlərə istiqlal!

Ayk Marutyan: “Ermənistanda hakimiyyət və parlament müxalifəti siyasi stolüstü tennis oynayır”  



“Hazırda Ermənistanda iqtidar və parlament müxalifəti siyasi stolüstü tennis oynayır. Onlar ictimai müzakirələri primitiv səviyyədə saxlayırlar. Bu isə dövlətin maraqlarına uyğun deyil”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu İrəvan meri vəzifəsinə rusiyapərəst namizəd Ayk Marutyan deyib.

Marutyanın sözlərinə görə, onun seçkilərdə iştirak etmək qərarına gəlməsinin iki səbəbi var.

“Onlardan biri çoxlu problemləri qalan şəhərdir. İkinci səbəb isə yaranan siyasi vəziyyətdir”,-deyə o qeyd edib.

Marutyanın iddiasına əsasən, 2018-ci il hadisələrindən sonra dəyişiklik perspektivindən ruhlanan cəmiyyət ciddi islahatlar gözləyirdi. Lakin Paşinyan onun gözləntilərini doğrultmadı.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR