İnsanlara hürriyət, millətlərə istiqlal!

Ayın dərinliyində nə baş verir?

Elm adamları Ayın nüvəsinin dərinliklərində qranat mineralının olduğunu üzə çıxarıblar. Qəbul edilmiş elmi fikrə görə, Ayın mərkəzində olivin və piroksen mantiyası ilə örtülmüş metal nüvəsi var.

Musavat.com teleqraf.com-a istinadla xəbər verir ki, alimlər həmişə Ay süxurlarının qranatla zəngin ola biləcəyini mümkün hesab edirdilər, amma son vaxtlara qədər bu fərziyyəni sübut etmək mümkün olmamışdı.

Son tədqiqatlar zamanı elm adamları laboratoriya şəraitində qranatla zəngin süxur nümunəsini analiz ediblər, sonra bunu Ayın geoloji dərinliyindəki duruma uyğun qızdırıblar. Eyni zamanda, eksperimental modeldə səsin hərəkət sürəti də ölçülüb.

Məhz səs sürətinin ölçülməsi nəticəsində məlum olub ki, Ayın nüvəsi 740-1260 km dərinlikdəki bərk təbəqələrindən başlayaraq qranatla zəngindir. Alimlərin fikrincə, süxurlar qranatla zəngin olmasaydı, təcrübə zamanı qeydə alınan seysmik-səs göstəricilərinə malik ola bilməzdilər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Noyabr 2024

28 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR