Onlayn ictimai-siyasi qəzet
Ermənistan parlamentinin deputatları “Ayakve” ictimai-siyasi təşəbbüsü tərəfindən hazırlanmış və “Ermənistan Respublikası adından Qarabağı Azərbaycanın tərkibində tanıyan istənilən hərəkətin cinayət məsuliyyətini nəzərdə tutan” qanun layihəsini gündəliyə daxil etməyiblər.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bir gün əvvəl bu qanunvericilik təşəbbüsü parlamentin dövlət-hüquq məsələləri daimi komissiyasından mənfi rəy alıb.
Hakim “Vətəndaş sazişi” partiyasının deputatları bugünkü iclasda qanun layihəsinin parlamentin gündəliyinə salınmasına qarşı çıxıblar.
Musavat.com
04 Fevral 2025
03 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ