İnsanlara hürriyət, millətlərə istiqlal!

Avtomobilini yuyan 19 gənc faciəvi şəkildə öldü – ANBAAN VİDEO

Türkiyənin İzmir şəhərində yanacaqdoldurma məntəqəsində avtomobilini yuyan gənci idarəetmədən çıxan digər avtomobil vurub.

Musavat.com xəbər verir ki, bədbəxthadisə nəticəsində 19 yaşlı gənc ölüb.

Qəzanı görənlərin xəbəri üzərinə bölgəyə çoxlu polis və sağlamlıq qrupları göndərilib. Həsən Ayaz  adlı gənc təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb. Təxminən bir gün davam edən həyat mübarizəsindən sonra Ayaz aparıldığı xəstəxanada həyatını itirib.

Digər tərəfdən, Ayazı vuran sürücünün qəza anında huşunu itirdiyi və belində sınıqlar olduğu öyrənilib. Sürücü T.S. xəstəxanada müalicəsinin ardından nəzarətə götürülüb. Qəza ilə bağlı istintaq davam edir.

Musavat.com


qeza 1.jpg (35 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR