İnsanlara hürriyət, millətlərə istiqlal!

Avstriya kansleri Putinlə əlaqə saxlamağa hazır olduğunu açıqlayıb

Avstriya kansleri Karl Nehammer Rusiya Prezidenti Vladimir Putinin Ukraynadakı müharibəni dayandırmağa kömək edəcəyi təqdirdə onunla əlaqə saxlamağa hazır olduğunu bildirib.

“Report” xəbər verir ki, bu barədə ORF2 telekanalı məlumat yayıb.

Kansler xatırladıb ki, Rusiya işğalı başlayandan sonra o, Putinlə iki dəfə danışıb.

Aprel ayında o, Moskvaya gedib və müharibə başlayandan bəri Rusiyaya səfər edən Aİ ölkəsinin ilk lideri olub. Bu, Putinin Avstriya kansleri ilə ilk dəfə şəxsi əlaqəsi olub - o, vəzifəyə gələndən bəri onlar nə görüşüb, nə də telefonla danışıblar.

Nehammer və Putin ikinci dəfə mayın sonunda telefonla danışıblar. Onlar əsirlərin mübadiləsi, Ukrayna limanları vasitəsilə ixrac və humanitar vəziyyəti müzakirə ediblər.

“Biz neytral ölkəyik, Aİ-də xüsusi statusumuz var və bu səbəbdən danışıqlarda vasitəçi rolunu oynamağa çalışmaq mənim üçün vacib idi”, - kansler bildirib.

Kansler Avstriya tərəfinin müharibə ilə bağlı məsələlərdə bitərəf qaldığını dəfələrlə vurğulayıb. Onun sözlərinə görə, bununla belə, bəzi məsələlərdə Vyananın konkret mövqeyi var:

“Humanitar dəhlizlər, atəşkəs və müharibə cinayətlərinin tam araşdırılması lazımdır”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR