İnsanlara hürriyət, millətlərə istiqlal!

Avstraliyada 15 heyvan növü nəsli kəsilməkdə olan canlılar siyahısına salınıb

Avstraliyanın hakimiyyət orqanları 15 heyvan növünü nəsli kəsilməkdə olan canlılar siyahısına daxil edib.

AZƏRTAC France-Presse agentliyinə istinadla xəbər verir ki, Avstraliya hökuməti nəsli kəsilməkdə olan 110 növü və onların yaşadığı məkanları xilas etmək üçün on illik proqrama start verib. Proqram yerli bitki və heyvan növlərinin yox olmasının qarşısını almaq, həmçinin ölkə ərazisinin ən azı 30 faizini qoruyub saxlamaq məqsədi daşıyır.

Mütəxəssislərin fikrincə, tətbiq ediləcək ekoloji tədbirlər hökumətə ildə 1,69 milyard Avstraliya dollarına (təxminən 1,1 milyard ABŞ dolları) başa gələcək.

Xatırladaq ki, 2019-cu ilin oktyabrında baş verən miqyaslı meşə yanğınları Avstraliyanın şərq sahillərini, həmçinin ölkənin cənub-şərqində və cənubundakı geniş əraziləri əhatə edib. Yanğın yalnız 2020-ci ilin fevral ayında başlayan güclü yağışlardan sonra sönüb. Nəticədə 12 milyon hektardan çox meşə sahəsi yanaraq külə dönüb və 3 milyarda yaxın heyvan tələf olub. Bu hadisə dünyada qlobal ekoloji fəlakət kimi tanınıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR