İnsanlara hürriyət, millətlərə istiqlal!

Avstraliya “Moderna” şirkəti ilə COVID-19-a qarşı peyvəndin istehsalı barədə müqavilə imzalayıb

Avstraliya hökuməti ABŞ-ın “Moderna” şirkəti ilə qarşıdakı 10 ildə yerli müəssisələr tərəfindən COVID-19-a qarşı hər il 100 milyon doza peyvənd istehsalı barədə müqavilə imzalayıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Avstraliyanın Baş naziri Skott Morrison məlumat verib. Bildirib ki, “Moderna” şirkətinin lisenziyası əsasında peyvəndin istehsalı ötən ilin dekabrında Avstraliyanın federal hökuməti, həmin şirkət və Viktoriya ştatının hökuməti arasında imzalanmış 10 illik strateji tərəfdaşlığın tərkib hissəsidir.

“Bu strateji tərəfdaşlıq Avstraliyanın COVID-19-a qarşı peyvəndə olan cari tələbatını ödəməyə imkan yaradacaq”, - deyə Baş nazir bildirib.

S.Morrison, həmçinin qeyd edib ki, müqavilə çərçivəsində ölkədə yaradılacaq müəssisə hər il 100 milyon dozaya qədər dərman istehsal etməyə imkan verəcək və bu mRNT peyvəndlərinin istehsalı üzrə Cənub yarımkürəsində ilk zavod olacaq.

“Eyni zamanda, belə bir istehsalın yaradılması, Avstraliyada inşaat işlərinin aparılacağı dövrdə 500, tikinti başa çatdıqdan sonra isə 200 yeni iş yerinin açılmasına səbəb olacaq”, - deyə Baş nazir əlavə edib.

Peyvənd istehsalı üzrə zavodun 2024-cü ildə istifadəyə verilməsi planlaşdırılır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR