İnsanlara hürriyət, millətlərə istiqlal!

Avstraliya insan haqlarının pozulmasına görə İrana sanksiyalar tətbiq edib

Avstraliya İrana qarşı insan haqlarının pozulmasına görə sanksiyalar tətbiq edib.

AZƏRTAC xəbər verir ki, bu barədə dekabrın 10-da Avstraliyanın xarici işlər naziri Penni Vonq bəyan edib. Nazir bildirib ki, Avstraliya İranın 13 vətəndaşına və iki təşkilatına, o cümlədən Əxlaq Polisinə və Bəsic müqavimət qüvvələrinə qarşı 22 yaşlı Mahsa Əmininin sentyabrda həbsdə ölümü ilə bağlı bu addımı atıb.

“Sydney Morning Herald” qəzeti P.Vonqa istinadla bildirib ki, sanksiyalar İran İslam İnqilabının mühafizəçiləri korpusunun komandiri Seyid Sadeq Hosseynə qarşı da tətbiq edilib. Onun adının bu siyahıya etirazçılara qarşı fərq qoymadan zorakılığa görə daxil edildiyi bildirilir.

“İran rejiminin öz xalqının insan haqlarına açıq və geniş şəkildə etinasız yanaşması avstraliyalıları dəhşətə gətirib və günahkarlar cavab verməlidirlər”, - deyə nazir vurğulayıb.

P.Vonq əlavə edib ki, Avstraliya insan haqları sanksiyalarına əlavə olaraq, Ukraynaya qarşı istifadə üçün Rusiyaya pilotsuz təyyarələr tədarük etdiyinə görə üç iranlıya və bir İran şirkətinə qarşı da ünvanlı maliyyə sanksiyaları tətbiq edib.

“Rusiyaya pilotsuz təyyarələrin tədarükü İranın qlobal təhlükəsizliyin pozulmasında oynadığı rolun sübutudur”, - deyə nazir vurğulayıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR