İnsanlara hürriyət, millətlərə istiqlal!

Avstraliya: “Biz Ukraynaya təkcə dualarımızı deyil, silahlar da yollayırıq”

Avstraliya Ukraynaya prezident Zelenskinin xahişinə görə xüsusi zirehli maşınlar göndərəcək.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə hökumət başçısı Skott Morrison CNN telekanalına danışıb.

“Biz təkcə dualarımızı deyil silahlarımızı, döyüş sursatlarını, zirehli jiletləri, humanitar yardımları Ukraynaya yollayırıq. Bunların içində “Bushmasters” zirehli nəqliyyat vasitələri də var. Biz bu maşınları “C-17” hərbi təyyarələri ilə göndərəcəyik”,-deyə baş nazir bildirib.

Skott Morrison göndəriləcək hərbi texnikanın sayı və həcmi barədə məlumat verməyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR