İnsanlara hürriyət, millətlərə istiqlal!

Avrozona yenidən böhranda – Qiymətlər sürətlə bahalaşır

Noyabr ayında avrozonada istehlak qiymətləri illik ifadədə 2,3 faiz artıb.

Musavat.com xəbər verir ki, məlumat Avropa İttifaqının Statistika İdarəsinin ilkin hesabatında açıqlanıb.

Beləliklə, avrozonada 2 faizlik inflyasiyanın qeydə alındığı oktyabr ayı ilə müqayisədə istehlak qiymətlərinin artımı sürətlənmiş olub.

Qeydə alınan göstərici "Trading Economics" analitiklərinin konsensus proqnozu ilə üst-üstə düşüb.

Noyabrda avrozonada ərzaq və enerji xərclərini nəzərə almasaq istehlak qiymətləri (CPI Core index) bir ay əvvəl 2,7 faizə qarşı 2,8 faiz artıb. İlkin məlumatlara görə, bu ay xidmətlərin qiymətində artım oktyabrdakı 4 faizə qarşı 3,9 faiz təşkil edib, ərzaq, alkoqol və tütün məmulatlarının qiymətlərində artım 2,9 faizdən 2,8 faizə enib. Sənaye məhsulları noyabrda 0,7 faiz bahalaşıb (oktyabrda +0,5 faiz), enerji resursları isə bir ay əvvəl 4,6 faiz ucuzlaşdıqdan sonra 1,9 faiz dada ucuzlaşıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Noyabr 2024

29 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR