İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropaya qaçmaq istəyən iki fələstinlinin planı polisləri heyrətə gətirdi - VİDEO

Yunanıstana gedən avtobusun təkər hissəsində gizlənən iki fələstinli İstnabulun polis qrupları tərəfindən yaxalanıb.

Musavat.com xəbər verir ki, "Beyoğlu Talimhane" bölgəsinə daxil olan avtobusun təkər hissəsində nasazlıq olması şübhəsi üzərinə sürücü aşağı düşüb.

Vəziyyətin polis qruplarına bildirilməsindən sonra hadisə yerinə gələn polislər təkər hissəsindəki boşluğa 2 nəfərin gizli şəkildə girdiyini müəyyən edib.

 

Təkər hissəsindəki boşluqdan çıxarılan iki nəfər hadisə yerində polisə təhvil verilib. Həmin şəxslərin Avropaya qaçmaq üçün belə bir plan hazırladıqları öyrənilib. Onlar polis tərəfindən saxlanılaraq təhlükəsiz yerə aparılıb. 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR