İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropaya neft daşımalarında problem yaranıb

Səudiyyə Ərəbistanı və İraqdan Avropaya göndərilən təxminən 9 milyon barel neftin təyinat nöqtəsinə çatdırılması Qırmızı dənizdə vəziyyətin gərginləşməsi səbəbindən ləngiyir.

Musavat.com "Bloomberg"ə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının şərqindəki Ras Tannura və Əl-Cübeyl limanlarından, eləcə də İraqın cənubundakı Bəsrə limanından çıxan cəmi 7 tanker istiqamətini dəyişməyə və Cənubi Afrikanın Ümid burnu vasitəsilə daha uzun marşrut tutmağa məcbur olub. Bu baxımdan, neftin çatdırılma müddəti Qırmızı dəniz və Süveyş kanalı vasitəsilə standart marşrutla müqayisədə iki həftədən çox artacaq.

ABŞ Mərkəzi Komandanlığının hesablamalarına görə, husilər noyabrın ortalarından bəri Qırmızı dənizdə 20-dən çox mülki gəmiyə hücum edib.

Vəziyyət pisləşdikcə bir çox şirkətlər gəmilərini Cənubi Afrikanın cənubundakı Ümid burnu və Süveyş kanalı vasitəsilə Avropaya yönləndirməyə qərar verib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR