İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropanın azərbaycanlı alim qadınları - VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin İctimai TV ilə ortaq layihəsi olan “Vətən uzaqda deyil” proqramının növbəti buraxılışı Avropanın məşhur universitetlərində işləyən, elmi uğurlar qazanan azərbaycanlı qadın alimlərə həsr olunub.

Musavat.com-un xəbərinə görə, verilişdə İsveçin Çalmers Texnologiya Universitetinin müəllimi Səadət Kərimi və Polşanın Varşava Universitetinin müəllimi Şəhla Kazımovanın fəaliyyətindən bəhs olunub.

“Vətən uzaqda deyil” proqramının Avropadakı azərbaycanlı alimlərimizə həsr olunan həmin buraxılışı bu gün İctimai TV-də yayımlanıb.

Həmin proqramı aşağıdakı link vasitəsilə izləmək olar:

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR