İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropadan macar liderin Şuşa səfərinə daha bir sərsəm reaksiya

Macarıstanın baş naziri Viktor Orbanın Türk Dövlətləri Təşkilatının Qarabağda keçirilən sammitində iştirakı Aİ üçün qalmaqaldır.

Musavat.com xarici mediaya istinadən bildirir ki, belə bir sərsəm iddia ilə Avropa Parlamentinin deputatı Natali Luazo çıxış edib.

“Viktor Orbanın Türk Dövlətlərinin Sammitində Şimali Kipr təmsilçisi ilə, hətta Qarabağ şəhərində (?-M.) iştirakı Macarıstan üçün biabırçılıq, Avropa üçün isə qalmaqaldır. Macarıstanın baş naziri Orban Kipr problemini şübhə altına alırmı? "- Luazo X sosial şəbəkədə qeyd edib.

Bundan əvvəl Avropa İttifaqının rəhbər şəxslərindən biri Josep Borrell Macarıstanın baş naziri Viktor Orbanın Türk Dövlətləri Təşkilatının (TDT) sammitində onu təmsil etmək üçün Aİ-dən mandat almadığını bildirmişdi.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Noyabr 2024

28 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR