İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropada təbii qazın qiyməti kəskin azalıb


Avropa bazarında təbii qazın qiyməti kəskin ucuzlaşaraq 1 200 ABŞ dollarına enib.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, Londondakı “İCE Futures” birjasındakı səhər hərracında regionun ən böyük onlayn qaz satışı mərkəzi TTF-in aprel fyüçersləri 15,99 % ucuzlaşaraq min kubmetri 1 216 ABŞ dollarına satılıb.

Qiymətlərin ötən həftə rekord həddə qalmasından sonra azalması Rusiyaya qarşı sanksiyalara baxmayaraq bu ölkədən başlıca boru kəmərlərilə nəqlinin davam etməsi, həmçinin havaların yumşalması ilə bağlıdır.

Xatırladaq ki, martın 7-dəki səhər hərraclarında qaz 4 min ABŞ dolları həddinə yaxınlaşsa da, ayın 11-də 1 400 ABŞ dollarından aşağı düşmüşdü.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2024

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR