İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropada qazın qiyməti 2 %-dək artıb

Avropada təbii qazın qiyməti 2 %-dək artaraq, 1000 kubmetr üçün, təxminən, 790 ABŞ dollara çatıb.

"Report” "ICE London" Fond Birjasının məlumatlarına istinadən xəbər verir ki, TTF (Avropanın ən böyük habı, Niderlandda yerləşir) indeksi üzrə fevral fyuçersləri günə 1000 kubmetr üçün 808,6 ABŞ dolları (+ 4 %) səviyyəsində ticarət başlayıb. Daha sonra təbii qaz 791,3 ABŞ dolları (+1,8 %) səviyyəsində ticarət olunub. Kotirovkaların dinamikası əvvəlki ticarət gününün hesablaşma qiymətinə (1000 kubmetr üçün 777,4 ABŞ dolları) əsaslanır.

Xatırladaq ki, yanvarın 5-də Avropada təbii qazın qiyməti 2021-ci il sentyabrın 10-dan sonra ilk dəfə 700 ABŞ dollardan aşağı düşüb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Sentyabr 2024

21 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR