İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropada qaz qiymətləri 700 dollara qədər arta bilər

Avropada qazın spot qiyməti (Niderlandın TTF mərkəzi) min kubmetr üçün 622 dollara yüksəlib.

Musavat.com hərrac məlumatlarına istinadən xəbər verir ki, bu, qiymətlərin 5 faiz artması deməkdir.

Sonuncu dəfə bu qiymət səviyyəsi 2023-cü ilin 7 fevralında qeydə alınmışdı.

2025-ci ilin yanvarında bu rəqəm 512 dollar, fevralın əvvəlindən isə 581 dollar olub.

Yaxın günlərdə kotirovkalarda daha ciddi artımın olacağı gözlənilir, çünki Avropada havaların soyuqlaşması proqnozlaşdırılır. Bu isə qiymətlərin 700 dollara qədər yüksəlməsinə səbəb ola bilər.

Meteoroloqların məlumatına əsasən, Avropada hava iqlim normasındadır, hətta yanvar ayında normadan və ötən ilin göstəricilərindən bir dərəcə isti olub. Hazırkı proqnoza əsasən, fevral ayında Avropada havanın temperaturunun iqlim norması səviyyəsində, lakin 2024-cü ilin fevral ayı ilə müqayisədə beş dərəcə soyuq olacağı proqnozlaşdırılır. Belə hava qaza olan tələbatı artırır, anbarlarda ehtiyatların 49 faizdən aşağı düşməsi fonunda Avropa daha çox maye qaz almağa başlayır.

Bahalaşmanın digər amili Ukraynada qaz qıtlığıdır. Rusiya qazının tranzitini dayandırdıqdan sonra Ukrayna öz spot bazarından qaz alır. İsitliyə daha çox qaz xərcləmək zərurəti ilə yanaşı, Avropanın enerji sektoru külək enerjisi istehsalının azalması üzündən elektrik enerjisi tələbatını ödəmək üçün qazdan daha çox istifadə edir. 2025-ci ilin fevral ayının ilk ongünlüyündə külək turbinləri regionun elektrik enerjisinə olan tələbatının cəmi 13 faizini təmin edir, halbuki 2024-cü ilin fevralında bu göstərici demək olar ki, iki dəfə çox idi – 22 faiz.

Bloomberg agentliyinin hesablamalarına əsasən qarşıdan gələn yaz-yay mövsümündə anbarların lazım olan həddə qədər doldurulması Avropa İttifaqına 3 milyard dollar əlavə xərc yaradacaq.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Mart 2025

28 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR