İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropada pasiyentlər həkimləri 1 ay gözləyirlər, Azərbaycanda isə...  

 

"Dövlət tibb müəssisələrində həkimlər 6 saat çalışır. Tibbi müayinənin növündən və xüsusiyyətlərindən asılı olaraq iş günü həddi 15-35 pasiyent arasında dəyişir".

Musavat.com xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin baş məsləhətçisi Leyla Lətifova deyib.

O bildirib ki, Azərbaycanda pasiyentlərin həkimləri gözləmə müddəti çox azdır: "Avropa ölkələrində pasiyentlər hətta həkimləri 30 günə qədər gözləyirlər. Ona görə də ölkəmizdəki gözləmə müddətinə öyrəşmək lazımdır. Həkimlərimiz orta hesabla hər pasiyentə ən azı 12-15 dəqiqə vaxt ayırır".

 

 Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR