İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropada min kubmetr qazın qiyməti 1750 dolları ötüb

Avropada dekabrın 1-də keçirilən hərracın gedişində min kubmetr qazın qiyməti 11 faizdən çox artaraq oktyabrdan bəri ilk dəfə 1750 dolları ötüb.

AZƏRTAC xəbər verir ki, Londonun ICE birjasının məlumatına görə, hazırda Niderlanddakı TTF habında min kubmetr qazın yanvar fyuçersinin qiyməti 1777 dollar təşkil edir.

Avropada qazın qiymətinin bahalaşması regionda havaların soyuması ilə əlaqədar anbarlardan qazın çıxarılması tempinin artması və son zamanlar enerji istehsalında külək generasiyasının payının azalması fonunda baş verir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR