İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropada min kubmetr qazın qiyməti 1400 dolları ötüb

Avropada külək generasiyasının kəskin azalması, həmçinin havanın soyuması səbəbindən qazın spot qiyməti bahalaşıb.

AZƏRTAC xəbər verir ki, Londonun ICE birjasının məlumatına görə, hazırda Niderlanddakı TTF habında min kubmetr qazın spot (“bir gün sonra çatdırılma”) qiyməti 1425 dollara yüksəlib.

Asiyada da qazın qiymətində artım müşahidə edilir. Yaponiya, Cənubi Koreya, Çin və Tayvana göndərilən yüklərin bazar dəyərini əks etdirən “JKM Platts” (Japan Korea Marker) indeksi üzrə qazın fevral fyuçersləri 1154 dollara çatıb.

“WindEurope” assosiasiyasının məlumatına görə, hazırda Avropada külək turbinlərindən elektrik enerjisi istehsalı Aİ-nin enerji balansının 8 faizindən də azını təşkil edir. Noyabrın 28-də bu göstərici 15 faiz, son həftə isə orta hesabla 18 faiz (maksimum 22,4 faiz) olub.

Almaniyanın Federal Şəbəkə Agentliyi qaz təchizatı ilə bağlı vəziyyəti əks etdirən gündəlik icmalında ölkədə hava şəraiti ilə bağlı qiymətləndirməni “sabit”dən “gərgin”ə dəyişib. Belə ki, növbəti 7 gün ərzində proqnozlaşdırılan orta temperatur 2018-2021-ci illərdə qeydə alınan göstəricidən 0-2 dərəcə aşağı olduqda vəziyyət gərgin sayılır. Gələn həftə üçün havanın temperatur proqnozu son dörd ilin orta göstəricisindən 0,68 dərəcə aşağı olduğundan istehlakın artımı labüd olacaq.

Agentlik ölkənin qaz təchizatı ilə bağlı “gərgin” kimi qiymətləndirilən vəziyyətin bundan sonra daha da ağırlaşacağını istisna etmir. İstehlakçıları qazdan istifadəni minimuma endirməyə təşviq edən “BNetzA” tənzimləyicisinin fikrincə, azı 20 faizlik qənaətə nail olunsa, qışda qaz çatışmazlığının qarşısını almaq mümkündür.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR