İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropada min kubmetr qazın qiyməti 1340 dollara qalxıb

Avropada noyabrın 3-də keçirilən hərracın gedişində qazın min kubmetrinin qiyməti 1340 dollaradək yüksəlib.

AZƏRTAC xəbər verir ki, Londonun ICE birjasının məlumatına görə, Niderlanddakı TTF habında min kubmetr qazın dekabr fyuçersinin qiyməti ticarət gününün başlanğıcından bəri 8 faiz artıb.

Qiymət artımı regionda temperaturun aşağı düşməsi ilə izah olunur. Həmçinin Gassco qaz nəqli operatorunun məlumatına əsasən, Norveçin Asgard və Visund yataqlarından qaz tədarükü texnoloji problemlər səbəbindən demək olar ki, tamamilə dayandırılıb. Bundan əlavə, Amerikanın Freeport LNG şirkətinin qəzadan sonra maye qaz terminalının bərpasını dekabr ayınadək təxirə sala biləcəyi barədə məlumat yayılıb, halbuki daşımalara noyabrın ortalarında başlamaq planlaşdırırdı.

Oktyabr ayında Avropada min kubmetr qazın orta qiyməti təxminən 1382 dollar təşkil edib. Avropa İttifaqı ölkələrində qaz ehtiyatlarının maksimuma yaxınlaşması, mövsüm üçün anomal isti hava şəraiti və elektrik enerjisi istehsalında külək generasiyasının payının artması mavi yanacağın qiymətinin sentyabr ayı ilə müqayisədə enməsinə səbəb olmuşdu.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR