İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropada İtaliya mafiyasına qarşı miqyaslı əməliyyatlar keçirilib

İtaliya hüquq-mühafizə orqanlarının “Ndrangeta” mafiyasına qarşı keçirdikləri əməliyyatların gedişində 108 nəfər saxlanılıb.

AZƏRTAC “La Repubblica” qəzetinə istinadla xəbər verir ki, əməliyyatlar təkcə İtaliyada deyil, həm də Belçika, Fransa, İspaniya, Portuqaliya və Almaniyada keçirilib. Saxlanılan şəxslər narkotik vasitələrin qanunsuz ticarətində, silah gəzdirmə və saxlamaqda, çirkli pulların yuyulmasında və digər cinayətlərdə ittiham olunurlar.

“Bild” qəzeti isə Almaniyanın Şimali Reyn – Vestfaliya, Bavariya, Reynland-Pfals və Saar federal əyalətlərində “Ndrangeta” mafiyasına qarşı keçirilən əməliyyatlarda azı 30 nəfərin saxlanıldığı və müxtəlif obyektdə axtarışlar aparıldığı barədə məlumat yayıb.

Qeyd edək ki, “Ndrangeta” Cənubi Amerikadan Avropaya kokain qaçaqmalçılığı kanallarına nəzarət edən ən güclü cinayətkar qruplaşma sayılır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR