İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa Ukraynaya qoşun göndərməyə hazırdır – Fransa naziri sensasiyalı açıqlama verdi

Bir neçə Avropa ölkəsi atəşkəsin təmin edilməsi üçün Ukraynaya hərbi qüvvələr göndərməyə hazırdır, amma bunun üçün ABŞ-ın dəstəyi tələb olunur.

Musavat.com xəbər verir ki, bu barədə Fransa maliyyə naziri Erik Lombar "Bloomberg TV"yə verdiyi müsahibədə bildirib.

"Biz Ukrayna ilə bağlı texniki müzakirələrə başlamışıq. Ümumi razılıq var ki, atəşkəsə zəmanət vermək üçün avropalı əsgərlər Ukraynaya göndərilməlidir. Böyük Britaniya, Almaniya və Fransa buna hazırdır və digər Aİ ölkələri də öz töhfələrini verəcəklər. Bunu təmin etmək üçün atəşkəs qurulandan sonra əsgərlər gələcək", - deyə o bildirib.

Nazir iddia edir ki, ABŞ prezidenti Donald Tramp atəşkəs rejimini dəstəkləməyə razılaşıb, lakin Vaşinqtonun konkret hansı addımlar ata biləcəyini açıqlamayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR