Onlayn ictimai-siyasi qəzet
Avropanın aparıcı dövlətləri Ukraynanın ərazi bütövlüyünü dəstəklədiklərini, hərbi və maliyyə yardımlarını artırmağa hazır olduqlarını bəyan ediblər.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, onların bəyanatı Kiyevin itirdiyi ərazilərin qaytarılması perspektivlərinə Tramp administrasiyasının skeptik qiymətləndirməsindən sonra verilib.
Fransa, Almaniya, Polşa, İtaliya, İspaniya və Böyük Britaniyanın xarici işlər nazirlikləri birgə bəyanat yayaraq, Ukraynaya dəstəklərini bildirib və göstərilən yardımın həcmini artıracaqlarını vəd ediblər. Bu addım Donald Tramp və onun müdafiə nazirinin Kiyevin itirilmiş əraziləri geri qaytara bilməyəcəyi ilə bağlı bəyanatlarına cavabdır.
Avropanın aparıcı dövlətlərinin xarici işlər nazirlərinin görüşündən sonra verilən bəyanatda deyilir ki, Avropa “ədalətli, hərtərəfli və davamlı sülh” əldə olunana qədər Ukraynanı dəstəkləməyə davam etmək niyyətindədir. Diplomatlar Ukraynanın suverenliyi və ərazi bütövlüyünün onlar üçün əsas prinsip olaraq qaldığını vurğulayıblar.
Həmçinin bildirilib ki, görüşdə Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri və Aİ-nin xarici siyasət idarələrinin rəhbərləri iştirak ediblər. Avropalı nazirlər Ukraynanın “güclü mövqedən” danışıqlar apara bilməsi və Avropanın diplomatik prosesin fəal iştirakçısı olaraq qalması üçün Vaşinqtonla növbəti addımlarını əlaqələndirməyə hazır olduqlarını bildiriblər.
Musavat.com
13 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ