İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa şirkətlərinin Rusiyada ŞOK itkiləri üzə çıxdı

Avropanın ən iri şirkətləri Ukraynada müharibə başlayandan bəri Rusiyadakı fəaliyyətlərindən ən azı 100 milyard avro zərər çəkiblər.

Musavat.com xəbər verir ki, bu barədə “Financial Times” qəzeti məlumat yayıb.

Qəzet bunun üçün 600 Avropa qrupunun illik və 2023-cü il üçün maliyyə hesabatlarını tədqiq edib. Məlum olub ki, ən çox 176 şirkət Rusiyadakı müəssisələrinin bağlanması nəticəsində külli miqdarda zərərə uğrayıb. Bu rəqəmə müharibənin enerji və xammal qiymətlərinin artması kimi dolayı makroiqtisadi təsirləri daxil deyil. Bununla bərəbər, müharibə neft-qaz və müdafiə şirkətlərinin mənfəətini artırıb.

Analitiklərə görə, Moskvanın aprel ayında qaz idxalçıları “Fortum” və “Uniper”ə nəzarəti ələ keçirmək qərarı, keçən ay “Danone” və “Carlsberg”in müsadirə edilməsi qarşıda daha çox problemə işarə edir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR