İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa şirkətləri Qırmızı dənizdə daşımalarını DAYANDIRIR

Yəmən husilərinin davamlı hücumları Qırmızı dənizdə gəmiçiliyin dayandırılmasına təsir edib. Artıq dördüncü ən böyük Avropa şirkəti Süveyş kanalı vasitəsilə müxtəlif yüklərin daşınmasından imtina edib.

Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, bu, bütün dünya üçün böyük iqtisadi itkilərlə nəticələnəcək.

Məlumata görə, Avropa ölkələri artıq Qırmızı dənizə hərbi gəmilər göndərməyə hazırlaşır. 

Qeyd edək ki, dekabrın 12-də atılan raket Norveç tankerinə, bir gün sonra isə Marşal adalarının bayrağı altında üzən neft-kimya tankerinə dəyib. Bunun fonunda neftin qiymətində sıçrayış baş verib və nəqliyyat xərcləri artıb.

Belə ki, husilərin artan hücumları səbəbindən dünyanın ən böyük logistika şirkətləri (Danimarkanın "Maersk", Almaniyanın "Hapag-Lloyd", Fransanın "CMA CGM") Qırmızı dənizdəki fəaliyyətlərini məhdudlaşdırmağa başlayıb. 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR