İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa rus qazına təslim oldu, sanksiyalar işləmir

“Financial Times” yazır ki, may ayında Rusiyadan Avropaya qaz idxalı son iki ildə ilk dəfə olaraq ABŞ-dan nəql olunan qazı üstələyib. 

Musavat.com xəbərin özətini təqdim edərək, bildirir ki, Ukraynaya qaz verib, qırdıran Avropa ölkələri kəskin sanksiyalara rəğmən özləri Rusiyadan qaz almaqda davam edirlər.

Məqalədən bir sitata baxın, ikiüzlü siyasətin pərdəarxasını görün: "Keçən ay Rusiya boru kəməri qazı və LNG tədarükü Aİ ölkələrinə, eləcə də Böyük Britaniya, İsveçrə, Serbiya, Bosniya və Herseqovina,  Şimali Makedoniyaya ümumi tədarükün 15 faizini təşkil edib".

Məqalədə göstərilir ki, ABŞ-dan Avropaya nəql edilən mayeləşdirilmiş təbii qazın payı 14 faiz təşkil edib ki, bu da 2022-ci ilin avqustundan bəri ən aşağı göstəricidir.

Sitat: “Bu, Avropanın Rusiya qazından asılılığını daha da azaltmağın çətinliyini göstərir, çünki bir sıra Şərqi Avropa ölkələri qonşu dövlətin idxalından asılı olaraq qalır”, - nəşr yazır.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR