İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa Parlamenti Kataloniya separatçıları ilə Rusiya arasında əlaqəni araşdırmaq istəyib

Avropa Parlamenti  İspaniya və Rusiya Federasiyasındakı katalon separatçıları arasında əlaqələri araşdırmaq istəyib.

Musavat.com xəbər verir ki, bu barədə xarici mediada məlumat yayılıb.

Bildirilir ki, Avropa Parlamenti (AP) İspaniya və Rusiyadakı katalon separatçıları arasında əlaqəni araşdırmağa və bundan həm Rusiyaya, həm də katalonlara qarşı istifadə etməyə çalışıb.

Qeyd edək ki, katalon separatçılar uzun illərdir ki, Kataloniyanın İspaniyadan ayrılaraq müstəqil dövlət olmasına çalışırlar. Katalon siyasilər 3-4 il öncə öz məqsədlərinə dinc yolla nail olmuş, baş nazir Puçdemonun rəhbərliyi ilə referendum keçirərək müstəqillik aktı qəbul etmişdilər. Ancaq İspaniya hökumətinin basqısı, Avropa dövlətlərinin dəstək verməməsi, qarşı çıxması nəticəsində bu separatizm dalğası uğursuzluğa düçar oldu.

Ayrıca, məhz həmin dövlətlər dünyanın bir çox ölkələrində silahla, qan-qadayla, terror yoluyla separatçılıq hərəkatı sürdürən təşkilatllara dəstək verirlər. 

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR