Onlayn ictimai-siyasi qəzet
Çexiya prezidenti Petr Pavel Ukraynanın təhlükəsizliyinin təmin olunmasına Çexiyanın da birbaşa şəkildə qatılmalı olduğunu bildirib.
Musavat.com xəbər verir ki, o, "Yevropeyskaya pravda” nəşrinə verdiyi müsahibədə çex əsgərlərinin Ukraynaya göndərilməsinə hazır olduğunu bəyan edib.
Prezident Pavellin sözlərinə görə, bu, yalnız sülhməramlı missiya çərçivəsində həyata keçiriləcək və məqsəd Ukraynanın təhlükəsizliyini möhkəmləndirməkdir.
O, eyni zamanda, 2023-cü ildəki uğursuz əks-hücumdan əvvəl də Ukraynanın qələbə perspektivlərinin şübhəli olduğunu qeyd edib. Pavellin bu fikirləri Qərb ölkələrində Ukraynaya hərbi və siyasi dəstəyin effektivliyi ilə bağlı müzakirələri daha da qızışdıra bilər.
Qeyd edək ki, bundan əvvəl Litva Prezidenti Gitanas Nauseda da analoji mövqe sərgiləyərək, atəşkəsdən sonra Ukraynaya litvalı hərbçilərin göndərilə biləcəyini açıqlamışdı. O, digər koalisiya ölkələrinin də eyni məsuliyyəti üzərinə götürməli olduğunu vurğulamışdı.
Mövzu beynəlxalq aləmdə ciddi rezonansa səbəb olub. Qərb daxilində bu cür təşəbbüslərin bölgədəki münaqişəyə mümkün təsirləri geniş şəkildə müzakirə olunur.
Musavat.com
25 Mart 2025
24 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ