İnsanlara hürriyət, millətlərə istiqlal!

Patriarx Kirill Putinin uğurlu danışıqları üçün dua edib

Rusiya Pravoslav Kilsəsinin rəhbəri Patriarx Kirill, Rusiya Prezidenti Vladimir Putinin qarşıdakı danışıqlarının uğurla nəticələnməsi üçün dua etdiyini əks etdirən foto paylaşıb.

Musavat.com xəbər verir ki, görüntülər Moskvanın Poklonnaya təpəsindəki Müqəddəs Georgi Kilsəsində çəkilib. Mərasim zamanı Kirill Putinin təşəbbüsü ilə hazırlanan ikonaları və kilsə haşiyələrini müqəddəs su ilə xeyir-dua edərək, “Tanrı işinizdə sizə kömək olsun” sözlərini səsləndirib.

Rusiya dövlət mediasının yazdığına görə, bu müqəddəs əşyalar Ukraynada yerləşən hərbi komandanlara hədiyyə ediləcək. Kirill çıxışında həmçinin “Vətənimizi müdafiə edənlərin mənəvi gücü artsın” deyərək dua edib.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR