İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin ona Ukrayna ilə bağlı verilən sualı eşitməzliyə vurmaq istədi

Alyaskada təyyarədən enən Rusiya prezidenti Vladimir Putinin ABŞ prezidenti Donald Tramp tərəfindən qarşılanması zamanı maraqlı hadisə yaşanıb. Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, prezidentlər görüşüb fotoqraflara poz verərkən xanım jurnalist uca səslə Putindən “Ukraynada dinc insanları qətlə yetirməyi nə zaman dayandıracaqsınız” deyə sual verib.

Putin sualı qulaqardına vurmağa çalışsa da, jurnalist daha yüksəkdən sualını təkrarlayıb. Bu zaman Putin əli ilə qulağını göstərərək sualı eşitmədiyinə işarə edib. Tramp isə əyilərək ona nəsə deyib, bundan sonra ikisi də avtomobilə doğru hərəkət ediblər.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR